Avtomobil ağaca çırpılıb - XƏSARƏT ALAN VAR

  • By admin
  • 07 Fevral 2018 08:40

Şəkidə yol qəzası nəticəsində bir nəfər xəsarət alıb.

Gununsesi.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, rayonun Köbər Zəyzid kəndində “VAZ” markalı minik avtomobili yol qəzası nəticəsində ağaca çırpılıb. Nəticədə avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.​

Gununsesi.info