Avtomobil çaya düşdü - YARALILAR VAR

  • By admin
  • 12 Dekabr 2017 09:10

Daşkəsən rayonunda ağır yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Mədənçilər qəsəbəsində qeydə alınıb.

“VAZ 2107” markalı avtomobil idarəetmədən çıxaraq çaya düşüb. Qəza nəticəsində xəsarət alanlar var. Yaralıların Gəncədəki xəstəxanalardan birinə aparıldığı bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info