Avtomobil daş hasara çırpılıb: yaralananlar var- AĞCABƏDİDƏ

Avtomobil daş hasara çırpılıb: yaralananlar var

yollllllllllllllllllllllllllllllllll

Ağcabədidə avtomobil daş hasara çırpılıb.

Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Boyat kəndində baş verib. Mətləb Hüsüyevin idarə etdiyi “VAZ 2106” markalı avtomobil idarəetmədən çıxaraq daş hasara çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan sərnişin, sürücünün əmisi oğlu, 26 yaşlı Mehrac Hüsüyev xəsarət alıb.

Xəsarət alan şəxslər Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar, sonradan Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına göndəriliblər.

Məlumata görə,  sürücü avtomobili idarə edərkən içkili olub. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info

COMMENTS