
Avstraliyanın Sidney şəhərində naməlum şəxs avtomobili müştərilərin üzərinə sürüb.
Gununsesi.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, insident “Chatswood Mall” ticarət mərkəzində qeydə alınıb.
Məlumata əsasən hadisə nəticəsində biri körpə olmaqla 7 nəfər xəsarət alıb.
Polis faktı bədbəxt hadisə kimi qiymətləndirib. Artıq avtomobilin sürücüsü tutulub və ifadəsi alınıb.
Gununsesi.info












