Avtomobil qəzasında 6 nəfərin ölmünə səbəb olan şəxs EDAM EDİLDİ

  • Müəllif: admin
  • 27 Dekabr 2017 13:16

Avtomobil qəzası nəticəsində bir ailənin 6 üzvünün ölümünə səbəb olan şəxs edam edilib.

Gununsesi.info “Acil”ə istinadən xəbər verir ki, hadisə Səudiyyə Ərəbistanında baş verib.

Belə ki, içkili vəziyyətdə yüksək sürətlə “Cip” idarə edən Mühəməd əl-Kahtani qarşıdakı avtomobillə toqquşub. Avtomobildə bir ailənin 7 üzvü olub və onlar içərisində uşaq da olub. 6 nəfər elə hadisə yerində dünyasını dəyişib.

Qəza törədən şəxs barəsində Səudiyyə məhkəməsi ölüm hökmü çıxarıb və edam cəzası Ər-Riyad şəhərində icra olunub.

Gununsesi.info