
Avtomobil qaçırmaqda şübhəli bilinən Laçın rayon sakini saxlanılıb.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 8-də paytaxtın Nizami rayonu ərazisindən Zaməddin İmanova məxsus “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Laçın rayon sakini Ramin Telmanzadə avtomobillə saxlanılıb və Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinə təhvil verilib.
Anar
Gununsesi.info