
Avtomobil qaçırmaqda şübhəli bilinən paytaxt sakini tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə martın 27-də Bakı şəhər sakini Fuad Cəmilova məxsus “VAZ-21011” markalı avtomobili qaşırmaqda şübhəli bilinən paytaxt sakini Elşən Bağırov tutulub.
Anar
Gununsesi.info