Avtomobil qaçıranlar ələ keçdi

  • By admin
  • 15 Mart 2017 13:11

avtomobil_ogrusu_01888888
Avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, avtomobil qaçırmaqda şübhəli bilindiklərinə görə tutulan Tahir Abdinovun və Natiq Muradovun ətraflarında Baş Cinayət Axtarışı İdarəsi, Masallı Rayon Polis Şöbəsi və Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onların Şamil Hüseynova məxsus qaçırdıqları “VAZ-2107” markalı avtomobili Cəlilabad şəhər sakini Fadil Fərziyevə satmaları müəyyən edilib.

F. Fərziyevin yaşadığı evin həyətinə baxış zamanı qeyd edilən avtomobil aşkar edilərək götürülüb.

Anar
Gununsesi.info