Avtomobil yol ayrıcına çırpılıb

  • Müəllif: admin
  • 28 Sentyabr 2016 08:44

qeza

Ötən gecə Nərimanov rayonunda yüksək sürət yol qəzasına səbəb olub.

Gununsesi.info xəbər verir ki, qəza Heydər Əliyev prospekti ilə Həsənoğlu küçəsinin kəsişməsində qeydə alınıb. Nəbi Mirzəyev idarə etdiyi Toyota markalı avtomobillə hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə avtomobil yol ayrıcında çırpılıb. Qəza zamanı avtomobil yarasız hala düşsədə xoşbəxtlikdən xəsarət alan olmayıb. Hadisə yerində yol polis əməkdaşları olublar. Müayinələr aparılıb. Avtomobil cərimə meydançasına aparılıb.

Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib.

Araşdırmalar davam edir.

Gununsesi.info