Avtomobili aşıb, bir nəfər xəsarət alıb - MASALLIDA

  • By admin
  • 31 İyul 2017 22:24

yollllllllllllllllllllllllllllllllll

Masallıda yol qəzası qeydə alınıb.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə Ərkivan qəsəbəsində qeydə alınıb.

Belə ki, ”Volqa”markalı minik avtomaşını idarəetməni itirərək yol kənarındakı qaz borusuna çırpılaraq aşıb.

Nəticədə avtomaşında sərnişin qismində olan 1984-cü il təvəllüdlü Ruqayyə Əlican qızı Əlibəbişova xəsarət alaraq Masallı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.Onun vəziyyətinin orta-ağır olduğu deyilir.

Fakt araşdırılır.

Gununsesi.info