Avtomobillə vurulan Şəfiqə Nağıyevanın son vəziyyəti açıqlandı - VİDEO

  • By admin
  • 06 İyun 2023 09:47

“Şəfiqə Nağıyevanın vəziyyəti yaxşıdır, artıq evə buraxılıb”.

Bu barədə Oxu.Az-a onun ailə yaxınlarından məlumat verilib.

Bildirilib ki, qəza nəticəsində yüngül bədən xəsarətləri alıb:

“Hadisə zamanı yaxınlıqdakı özəl tibb müəssisələrindən birinə yerləşdirilib. İlkin müayinələrdən sonra evə buraxılıb. Hazırda vəziyyəti yaxşıdır”.

***

Tanınmış vəkil Şəfiqə Nağıyevanı avtomobil vurub.

Gununsesi.info xəbər verir ki, hadisə vəkil Tarix Əliyevin doğum günü məclisindən çıxarkən avtomobil yolunu keçəndə baş verib.

Digər qonaqlar vəkili avtomobil ilə hospitala aparıblar.

Vəkilin özü ilə əlaqə saxlamağa çalışılsa da, telefonuna cavab verən şəxs Nağıyevanın hazırda yanında olmadığını, hadisədən məlumatsız olduğunu bildirib.

Gununsesi.info