Avtomobillərdən oğurluq etmiş şəxslər tutulub

  • Müəllif: admin
  • 30 Avqust 2017 14:50

masin_ogrusu5
Paytaxtın Nizami rayonu ərazisində müxtəlif avtomobillərdən maqnitafon və səsgücləndiricilər oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, avqustun 22-də Nizami rayon Polis İdarəsinə rayon ərazisində müxtəlif avtomobillərdən maqnitafon və səsgücləndiricilər oğurlanması barədə məlumat daxil olub.

Faktla bağlı RPİ 23-cü PB-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə rayonun M.Əliyev və Ə.Zəimzadə küçələrində ümumilikdə 4 avtomobildən maqnitafon və səsgücləndiricilər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Qasım Novruzov, Elşən Ağayev və Elvin Hüseynov tutulublar.

Faktla bağlı araşdırma aparılır.

Anar
Gununsesi.info