Xokkey komandasının üzvlərini daşıyan avtobus yük maşını ilə toqquşdu - 14 İDMANÇI HƏYATINI İTİRDİ

  • By admin
  • 07 Aprel 2018 13:56

Avtobus qəzasında gənclərdən ibarət  xokkey komandasının 14-dən artıq üzvü ölüb.

Gununsesi.info “Globe and Mail”-ə istinadən xəbər  verir ki,  Kanadanın Humboldt Broncos xokkey klubun gənclərdən ibarət komandasının üzvləri avtobusla Nipawin Hawks klubu ilə oyuna gedərkən ölkənin Saskaçevan əyalətində Tisdeyl şəhərindən 30 km məsafədə gecə zamanı yük avtomobili ilə toqquşub.

Avtobusda 28 nəfər olub. Qəza zamanı 14 nəfər ölüb, digərləri müxtəlif dərəcəli xəsarət alıb ki, onların da 3 nəfəri ağır vəziyyətdədir.

Qəzanın səbəbləri araşdırılır.

Gununsesi.info