Avtoqəzada sürücü kəllə-beyin travması aldı

  • By admin
  • 16 Oktyabr 2016 11:18

yollllllllllllllllllllllllllllllllll

Şirvanda baş verən avtoqəzada sürücü kəllə-beyin travması alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saatlarında Şirvan-Salyan magistralında Hacıqəhrəmanlı qəsəbəsinin ərazisində baş verib.

Salyan rayonunun Arxarası kənd sakini, 1980-ci il təvəllüdlü İsmayılov Teymur İbrahim oğlunun idarə etdiyi  “Lada Priora” markalı “99 GD 997” dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq “Qanlı dərə” adlanan yerə aşıb.

Nəticədə sürücü kəllə-beyin travması ilə ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Gununsesi.info