“AvtoVAZ”ın keçmiş vitse-prezidentinin nəvəsi həbs olundu

  • By admin
  • 06 Noyabr 2019 19:52

Moskvada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş “AvtoVAZ”ın keçmiş vitse-prezidentinin nəvəsi Yeqor Lyaçenkova verilən cəza bəlli olub.

Gununsesi.org Rusiya mediasına istinadən xəbər verir ki, 19 yaşlı Yeqor bu ilin aprelində sərxoş halda yüksək sürətlə idarə etdiyi “Mercedes” markalı avtomobili ilə qırmızı işıqda keçərək MMA döyüşçüsü Bayl Kurbanmedovu öldürüb

O, məhkəmədə günahını qəbul edərək ölənin ailəsinə kompensasiya ödəyib. Bu səbəbdən qapalı və şahidlər olmadan keçirilən məhkəmə Yeqora 7 il əvəzinə 2 il 6 ay həbs cəzası verib. O, cəzasını koloniyada çəkəcək.

 

Gununsesi.org