Avtovertolyot 500 min dollara satılacaq

  • By admin
  • 31 İyul 2017 22:30

avtovert

Amerikalı mühəndis Robert Dinqannesin layihəsi ilə hazırlanan “PAL-V” avtomobili şose ilə hərəkət etməklə yanaşı, lazım gələrsə göyə də qalxa bilir.

Gununsesi.info “novate.ru” saytına istinadla bildirir ki, belə bir aparatın yaradılması üçün bir neçə il gərgin işləmək lazım gəlib. Nəqliyyat vasitəsi yalnız 1 nəfərə hesablanıb. Havaya qalxacağı təqdirdə maşın vertolyota çevrilir və maksimim sürəti saatda 160 kilometrə çatır.

Həmçinin 1300 kilometrə qədər məsafə qət edən avtomobil 100 kilometrə 7,6 litr yanacaq işlədir.

Gələn ildən kütləvi istehsala buraxılacaq avtovertolyotun təqribi qiyməti 500 min ABŞ dollaradır.

Gununsesi.info