AXC-nin 100 illiyi ilə bağlı medal təsis edilsin - TAHİR KƏRİMLİ

  • Müəllif: admin
  • 01 Fevral 2018 13:17

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı medal təsis edilsin.

Gununsesi.info-nun məlumatına görə, bunu Milli Məclisin yaz sessiyasında deputat Tahir Kərimli deyib.

Deputat AXC-nin yubileyi ilə bağlı amnistiya aktının qəbul edilməsi ilə bağlı səsləndirilən təklifləri də dəstəklədiyini bildirib. O həmçinin əlavə edib ki, AXC ilə bağlı kompleks də yaradılsın: “Düşünürəm ki, AXC qurucuların xaricdəki nəşinin ölkəyə gətirilməsi məsələsi din xadimləri ilə müzakirə edilib reallaşdırıla bilər”.

T.Kərimli 1918-ci ildə törədilmiş soyqırımla bağlı kompleksin yaradılmasını da təklif edib.

Mürtəza

Gununseis.info