Axmaq olmayın, vaksinasiyadan imtina etməyin- KORONAVİRUSA YOLUXAN XALQ YAZIÇISINDAN AÇIQLAMA

  • By admin
  • 02 Sentyabr 2021 11:54

Gununsesi.info xəbər verir ki, koronavirusa yoluxan Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev durumu ilə bağlı Facebook hesabında açıqlama yazıb.
Xalq yazıçısı açıqlamasında xalqa da çağrış edib:

“Səkkiz gün əvvəl COVID-ə yoluxdum. Ən xoşagəlməz olan “Delta” ştamına. Başım ağrıyırdı, üşütmə hiss etdim. İndi isə ən vacibinə keçək. Dörd ay əvvəl iki doza vaksin qəbul etmişəm, Avropadan sifariş olunan dərmanları, vitaminləri içdim. Nəticədə, xəstəliyi elə də hiss etmədim. Lakin əlbəttə ki, karantində qaldım. Saturasiya 97-98 səviyyəsində idi. Bütün bu müddət ərzində qızdırma, öskürək yox idi və demək olar ki, bütün qoxuları hiss edirdim”.

Xalq yazıçısı, həmçinin hər kəsi koronavirusa qarşı peyvənd olunmağa çağırıb:

“Axmaq olmayın, vaksinasiyadan imtina etməyin. Bütün ömrüm boyu bir dənə belə olsun siqaret çəkməmişəm. Demək olar ki, spirtli içki qəbul etmirəm. Gənc olarkən idmanla çox məşğul olmuşam. Adətən futbola 3-4 saat vaxt ayırıram. Bu, artıq sağlamlıq məsələsidir. Xəstələnmək olar, amma ölmək lazım deyil”.

Gununsesi.info