Axtarışda olan 29 nəfər yaxalandı

  • By admin
  • 13 Fevral 2018 09:36
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 114 cinayət faktı qeydə alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, onların da 20-si “isti izlər”lə açılıb.
Axtarışda olduğuna görə 29 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.
Gununsesi.info