Aybəniz Haşımova jurnalistlərə səsləndi: "KİMƏ MƏNZİL QİSMƏT OLUBSA, SAĞLIQLA OTURSUN, KİM DƏ ALMAYIBSA..."

  • By admin
  • 21 İyul 2017 17:02

aybeniz-xanim

“Dəyərli dostlar, iki gündür ki, “Facebook”-da mənzil “fəryadı” gedir…Mənzil ala bilməyən jurnalistlərin digər həmkar yoldaşlarına qarşı ağır qəzəblərinin baş qaldırmasının şahidi oluram… Canlarım, mənim əziz millətim, belə etməyin… Sizə qurban, kimə bu gün mənzil qismət olubsa, sağlıqla otursunlar, kim də ala bilməyibsə,  Allah O sevincdən sizə də pay versin. Bu dünyada qismət deyilən bir şey varmış, inanın ki, bu, belədir…”

Gununsesi.info-nun xəbərinə görə, bu tanınmış və sevilən sənətçi, Əməkdar artist Aybəniz Haşımova öz “Facebook” statusunda yazıb.

O, qeyd edib ki,  Allah istəməsə, bir yarpaq belə əsməz-əsdirməz.

“Bəs onda mən neyləyim?! 1979-cu ildən bu günə qədər millətimin musiqisi yolunda bütün sağlamlığımı fəda etmişəm… Sayı bilinməyən yüksək professional ifaçı tələbələrim və  sairə… Amma bir dəfə də olsun nazirliyin qapısını ya da ki, hansısa qapınə döyüb, “ay əzizim, axı, mən niyə unuduldum…niyə səhnədə  iki gün fəaliyyəti olan insan məndən öncə bütün “zvaniyalara”, hər  şeyə sahib oldu, amma mənim əməyim unuduldu…niyə, etdiklərimin dəyəri yox idi, niyə?!”-deməmişəm.

manzil-ilham-1

Ömrüm boyu bunu etməmişəm, etməyəcəm də!

Cünki – buna inansanız da, inanmasanız da, bu, belədir.

 Mən xalqımızı, dövlətimizi, torpağımızı çox sevirəm və Vətənə olan xidmətimi təmənna ilə etməmisəm, etməyəcəm də!

 Siz o qədər dəyərlisiniz ki, o qədər sizin sevginiz məni doydurur ki, hec qalan şeylər yadıma belə düsmür…

 Əlbəttə ki, zamanında olsaydı, yaxşı olardı, amma olmadı, neynləyək?!

Təki Allah canınıza, canlarına dəyməsin, canınız, canları sağ olsun.

Mən bunu çox ağır xəstələnəndə gördüm…

 Allah sizi də yadlarına salsın, çox yaxın zamanda hamınız sevinəsiniz, dəyərli jurnalistlər.

 Əsas biri-birinizi sevməkdən yorulmayın!”

Gununsesi.info