Aygünə də “atıblar” - SAXTA BİLETLƏR SATILIB

  • By admin
  • 30 Dekabr 2016 22:54
aygun 5
Gununsesi.info-nun xəbərinə görə, xalq artisti Aygün Kazımova dələduzluqla üzləşib. Belə ki,  restoranlardan biri sənətçilərin adından istifadə edərək, Yeni il gecəsinə bilet satışını həyata keçirilib. Lakin sonradan həmin müğənnilərin orada iştirak etməyəcəyi bəlli olub.
 
Bu barədə müğənni Aygün Kazımova sosial şəbəkədə məlumat paylaşaraq, həmin sahibkarları fırıldaqçı adlandırıb: “Əziz həmvətənlərim, neçə gündür ki, restoranlardan birində Yeni il gecəsində səhnəyə çıxacağımla bağlı reklam çarxları yayımlanır. Mən bu gün xəbər tutmuşam. Bu, yalan məlumatdır. Mənim xəbərim belə, olmadan adımı reklam çarxına, afişa və bukletlərinə salıblar. Bu, yalnış məlumatdır! Mən Yeni il gecəsində həmin restoranda səhnəyə çıxmayacağam. Bu, fırıldaqlıdır. Həm mənə, həm də ora bilet alanlara qarşı fırıldaqdır. Bu restoranı işlədən şəxslər sizə və mənə qarşı oyun oynayır. Bu məlumatı sizə çatdırmağı özümə borc bildim. Məndən istifadə edə bildilər, heç olmasa, siz aldanmayın”.