Aylardır yoxa çıxan model ölü tapıldı

  • By admin
  • 20 Oktyabr 2019 13:29
May ayında yoxa məşhur model Esmeralda Qonzalesin meyiti ABŞ-da bir çöllükdə tabutun içində tapılıb.
Gununsesi.org xəbər verir ki, 24 yaşlı model sonuncu dəfə evindən lüks bir avtomobilə minərək gedib. İtkin düşən modelin xəbərini polisə öz sevgilisi deyib. Polislər evə daxil olarkən qapının açıq olduğunu, amma Esmeraldanın evdə olmadığını görüblər.
Aylardır axtarışı davam etdirilən modeli tapmaq mümkün olmayıb. Lakin bir neçə gün öncə çöllükdə tabutda qadın meyiti tapılmasıyla bağlı polisə məlumat verilib. Hadisə yerinə gələn polislər meyitin Esmeraldaya aid olduğunu aşkar ediblər. Polis artıq modeli zəhərləyərək öldürən şəxsi həbs edib. Araşdırma davam edir.
Gununsesi.org