
Bir müddət öncə müğənni Alişanla nişanlanıb daha sonra ayrılan Eda Erol seriala çəkiləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Eda bu barədə rəsmi İnstaqram səhifəsində yazıb.
Onun “Çıxan xəbərlər doğru deyil, heç bir serialda oynamayacağam” qeydini izləyicilər Alişanla bağlı olduğunu bildirib. Belə ki, nişanlı olduqları dövrdə Alişan Edanın aktrisa kimi fəaliyyət göstərməsinə icazə vermirdi.
Xatırladaq ki, Erolun Kanal 7-də 2014-cü ildən yayımlanan “Elif” serialının yaradıcı heyətinə daxil olduğu vurğulanmışdı.
Gununsesi.info












