Aytən Səfərova qəzaya düşdü -Video

  • By Mina
  • 17 Aprel 2024 09:35

Bu gün Bakı şəhər Xətai rayonu ərazisində ağır yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, 8 Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub.

Nəticədə A.Səfərovanın idarə etdiyi avtomobil aşıb və ağır xəsarətlər alıb.

A.Səfərovanın ailəsindən bildirilib ki, o, xəstəxananın travmatologiya şöbəsinə çatdırılıb və hazırda tibbi yardım göstərilir.

Gununsesi.info