
Azad Azərbaycan televizyasının 106.3 radiosunda yayımlanan “Bumeranq” verilişinin aparıcılarından biri Aytən Səfərova dinləyiciləri təhqir edib.
Gununsesi.info xəbər verir ki, Rafiq Əliyev Aytən Səfərova və Mətanət Əliverdiyevanın tədimatında efiə gedən verilişdə bürclər haqqında tamaşaçılara məlumat çatdırılır. Sıra Buğa bürcünə gələndə isə Aytən Səfərova həmin bürc altında doğulanları təhqir edəcək ifadə işlədib.
“Buğalar az yeyin, yağlı yeyib kökəlməyin, bir sözlə otlayın”.
BU isə sosial şəbəkələrdə müzakirələr səbəb olub. Dinləyicilər aparıcının üzr istəməsini tələb ediblər.
Gununsesi.info









