Həbsdə olan politoloq Azər Qasımlının xanımı Samirə Qasımlı da artıq təqsirləndirilən şəxs oldu.
Gununsesi.info xəbər verir ki, onun cinayət məsuliyyətinə cəlb edilməsi tələbiylə xüsusi ittiham qaydasında qaldırılmış iddia ərizəsi Binəqədi rayon Məhkəməsində icraata götürülüb.
Bu, S.Qasımlının da təqsirləndirilən şəxs statusunda tanınması anlamına gəlir.
İyulun 6-da keçirilən məhkəmə iclasında hakim Samir Nəsibov məlumat verib ki, S.Qasımlının Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edən Qurbanəli Yusibov yenə prosesə qatılmayıb.
Q.Yusibov politoloq A.Qasımlı haqqında cinayət işində zərərçəkmiş qismində tanınıb.
O, ərizəsində iddia edib ki, politoloqun məhkəməsi gedən dövrdə xanımı S.Qasımlı “Facebook” hesabındakı paylaşımlarında onun şərəf və ləyaqətini ləkələyib, böhtan atdığına görə cəzalandırılmalıdır.
Hakim S.Qasımlıdan xüsusi ittihamçının iştirakı olmadan məhkəmənin keçirilməsinə etirazı olub-olmadığını soruşanda o, belə cavab verib:
“Şərəf və ləyaqət hiss və düşüncə kateqoriyasına aiddir. Bu barədə suallar da insanın nə hisslər keçirməsiylə bağlı olur. Nümayəndəsi burada iştirak edir, amma o, suallarımıza cavab verə bilməz. Deyə bilməz ki, o adam nə hiss keçirib. İnsanın şərəf və ləyaqətini özündən başqa heç kim müdafiə edə bilməz. Təhqir olunubsa, niyə gəlib özünü müdafiə etmir?”.
Elmar












