Azər Rəşidoğlu aktyorun müdafiəsinə qalxdı -YANINDAYAM!

  • Müəllif: admin
  • 06 Fevral 2018 17:58
Azər Rəşidoğlu:” Rza üstünə hücum çəkən 1 dəstə əli silahlı insanın (deyəsən, “Qardaşlıq” təşkilatının üzvləri idilər) qarşısına necə mərdliklə çıxdığını şəxsən görmüşəm”
Gununsesi.info xəbər verir ki, tanınmış siyasi ekspert aktyor Rza Rzayev haqqında yazıb:
“Rza Rzayevi 30 ilə yaxındır tanıyıram. Birlikdə çox çətin günlərimiz olub. Nə qədər vətənpərvər olduğunu da bilirəm. Üstünə hücum çəkən 1 dəstə əli silahlı insanın (deyəsən, “Qardaşlıq” təşkilatının üzvləri idilər) qarşısına necə mərdliklə çıxdığını şəxsən görmüşəm. Həmişə ona demişəm ki, sənin bu gurultulu səsində bir körpə məsumluğu gizlənir. Çox tez kövrəlirsən, Rza qədər ürəyi təmiz adam az tanıyıram. Qardaş, nə olursa olsun, yanındayam”.
Gununsesi.info