“Azəravtoyol” yaşıllaşdırma idarəsi ilə bağlı məsələyə atydınlıq gətirdi

  • By admin
  • 03 Avqust 2016 12:34

tovuz

 

“Azəravtoyol”ASC Tovuzda bağlanma təhlükəsi olan  yaşıllaşdırma idarəsi ilə bağlı məsələyə atydınlıq gətirib. “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məsələ ilə bağlı Gununsesi.info-ya açıqlamasında deyib ki, Tovuz rayonundakı idarənin bağlanacağı ilə bağlı yayılan xəbərləri təkzib edib. O deyib ki, Nazirlər Kabinetinin 2016-cı il 11 may tarixli 188 nömrəli Qərarı ilə “Azəravtoyol”ASC-nin Nizamnaməsi və strukturu təsdiq edilərək qüvvəyə minib. Həmən Nizamnaməyə əsasən “2 №-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası” MMC yaradılıb. “Tovuz rayonunda yerləşən Yaşıllaşdırma idarəsi həmin regional idarəyə birləşdiriləcək. Yəni, burada idarənin bağlanmasından söhbət getmir, sadəcə struktur islhatları nəticəsində Tovuzdakı Yaşıllaşdırma İdarəsi ya sahə, ya da bölmə kimi fəaliyyət göstərəcək. Bu sadəcə Regional İdarənin strukturu təsdiq olunandan sonra bu barədə daha dəqiq nəsə demək olacaq. Yəni sahə kimi qalacaq, ya bölmə kimi və sair…”- deyə, A. Nəcəfli vurğulayıb. A.Nəcəfli onu da əlavə edib ki, hazırda adı çəkilən qurum heç bir problem olmadan fəaliyyət göstəriri və orada çalışan əşçilərin işdən çıxarılması və ya ixtisar olacağı ilə bağlı narahatçılıqlarına heç bir əsas yoxdur: “Bir daha deyirəm ki, İdarə gələcəkdə də başqa bir strukturun tərkibində fəaliyyət göstərəcək. Və bunun da orada çalışan işçilərə heç bir aidiyyatı yoxdur”.

Qeyd edək ki, “Azəravtoyol” ASC-nin balansında olan Tovuz Yol Yaşıllaşdırma İdarəsini ləğv ediilməsi ilə bağlı orada çalışan insanlar tərəfindən Gununsesi.info-ya müracitə daxil olub. Müraciətdə idarədə 130 nəfər insanın çalışdığı və ailəsinə çörək pulu aparıldığı qeyd olunub.

Mürtəza

Gununsesi.info