Azərbaycan ən yüksək işsizlik müavinətinə görə MDB-də liderdir

  • By admin
  • 23 Noyabr 2016 22:32

7b5352fb-eb21-4098-9804-f54a75027a06_292

 

MDB ölkələri arasında işsizliyə görə ən yüksək müavinət Azərbaycanda verilir.

Gununsesi.info xəbər verir ki, bu barədə MDB Statistika Komitəsinin 2016-ci ilin yanvar-sentyabr ayları ərzində üzv ölkələrin sosial-iqtisadi inkişafına əsaslanan məlumatında bildirilir.

Statistikaya görə, Azərbaycanda işsiz vətəndaşlar hökumətdən adambaşına 247,3 manat (152 ABŞ dolları) alırlar. Ən aşağı göstərici isə Belarusda qeydə alınıb – təqribən 12 dollar.

Moldovada bu göstərici 70 dollar, Tacikistanda 37 dollar, Ukraynada 70 dollar təşkil edir.

Rusiyada işsizlər müvafiq olaraq 13-76 dollar alırlar.

 

Gununsesi.info