Azərbaycan – Bosniya və Herseqovina oyununu idarə edəcək hakimlər müəyyənləşib

  • By admin
  • 08 Aprel 2017 10:31

unnamed (8)
Aprelin 8-də futzal üzrə Avropa çempionatının əsas mərhələsinin qrup oyunları çərçivəsində Azərbaycan millisi komandası Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) Gununsesi.info-ya verilən məlumata görə, oyun Bakı vaxtı ilə saat18:30-da Bakı İdman Sarayında keçiriləcək.

Qeyd edək ki, qarşılaşma CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

Bakı İdman Sarayında keçiriləcək oyunun baş hakim Timo Onatsu (Finlandiya), yan hakimlər isə Lars Van Leeuwen (Hollandiya), Costas Nicolaou (Kipr), dördüncü hakim isə İvan Novak (Xorvatiya) təyin olunub.

Anar

Gununsesi.info