Azərbaycan cüdoçusu Böyük Dəbilqədə yarımfinala yüksəlib

  • By admin
  • 24 Oktyabr 2019 14:00

Azərbaycan cüdoçusu Orxan Səfərov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə bu gün start götürən Böyük Dəbilqə turnirində yarımfinala yüksəlib.

Gununsesi.org xəbər verir ki, 66 kq çəkidə çıxış edən 28 yaşlı idmançı 1/4 finalda Erlan Serikcanovdan güclü olub. O, bunadək almaniyalı Sebastyan Seydli, israilli Tal Flikeri və rusiyalı Mixail Pulyayevi üstələyib.

Səfərov finala vəsiqə uğrundan kubalı Orlando Polanko ilə qarşılaşacaq.

 

Gununsesi.org