Azərbaycan da koronavirus infeksiyasına 1038 yeni yoluxma faktı

  • By admin
  • 21 Fevral 2022 16:36

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1038 yeni yoluxma faktı qeydə alınıb, 3 324 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 775 432 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 737 710 nəfər müalicə olunaraq sağalıb, 9 261 nəfər vəfat edib, aktiv xəstə sayı 28 461 nəfərdir.

Ölkədə son sutka ərzində 5 683, hazırkı dövrədək isə 6 491 040 test aparılıb.

 

Gununsesi.info