“Azərbaycan-Ermənistan prezidentlərinin görüşündən uğurlu nəticə gözləmirəm” - POLİTOLOQ

  • Müəllif: admin
  • 16 Oktyabr 2017 13:36

elxan sahinoglu

Azərbaycan-Ermənistan prezidentlərinin Cenevrə görüşündən Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətində aparılacaq danışıqlardan irəliləyiş gözləmirəm.

Bunu Gununsesi.info-ya açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, danışıqlarda münaqişənin həlli ilə bağlı irəliləyişin əldə olunması üçün hər hansı işarət yox idi: “Belə ki, sərhəddə mütəmadi olaraq təxribatlar baş verirdi və atəşkəs pozulurdu. Digər tərəfdən, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupu həmsədr ölkələr və digər böyük ölkələr Ermənistana danışıqlarda konstruktiv mövqe tutmaq və Dağlı Qarabağ ərtafındakı rayonların boşaldılması və yaxud bu prosesin sürətləndirilməsi ilə bağlı hər hansı təzyiq etmədilər. Bunlar olmadığı təqdirdə görüşdən hansısa uğurlu nəticə gözləməyə dəyməz”.

O əlavə edib ki, sadəcə ATƏT-in Minsk Qrupu həmsədrləri çoxdan  prezidentlərin görüşünü təşkil etməyə çalışırdı: “Onlar bu yolla cəbhə xəttində gərginliyin azaldılmasına nail olmaq istəyirlər, daha münaqişənin həll olunması üçün yox. Hesab edirəm ki, görüşdən sonra cəbhədə vəziyyət daha da gərginləşsin”.

Mürtəza

Gununsesi.info