Azərbaycan gələcəkdə ABŞ ilə parlaq əməkdaşlığa ümid edir - NOVRUZ MƏMMƏDOV

  • By admin
  • 20 Noyabr 2017 10:00

Azərbaycan gələcəkdə Amerika Birləşmiş Ştatları (ABŞ) ilə parlaq əməkdaşlığa ümid edir.

Gununsesi.info trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədov “Vaşinqton Tayms” qəzetində dərc olunmuş məqaləsində deyib.

N.Məmmədov bildirib ki, Azərbaycan artıq uzun müddətdir ki, ABŞ-ın tərəfdaşıdır.

Prezident köməkçisi vurğulayıb: “Müstəqilliyimizi əldə etdiyimiz andan 26 il ərzində Azərbaycan ABŞ-la daim dostluq münasibətlərinə doğru irəliləyib”.

N.Məmmədov qeyd edib ki, ikitərəfli münasibətlər qarşılıqlı hörmət və bir neçə əsas faydalı sahələrin üzərində möhkəmlənib.

Gununsesi.info