“Azərbaycan gender bərabərliyinə nümunə olacaq ölkədir” - MİLLƏT VƏKİLİ

  • By admin
  • 22 Sentyabr 2017 15:30

hadi

“Azərbaycanda büdcənin 28 faizi sosial sahəyə ayrılıb”. 

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Avronest PAçərçivəsində “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə “Şərq Tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” mövzusunda Bakıda keçirilən konfransda bildirib.

O qeyd edib ki, Azərbaycan gender bərabərliyinə nümunə olacaq ölkədir: “Son 22 ildə qadınların hüquqları ilə bağlı 72 qanun qəbul olunub. 87 konvensiyaya qoşulmuşuq. 170 qanuna əlavə və dəyişiklik edilib. Bununla bağlı başda BMT olmaqla, bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlığımız var”.

H.Rəcəbli deyib ki, dayanıqlı inkişaf müharibələrdən, etnik münaqişələrdən qaçmaq deməkdir: “Buna görə, Azərbaycan dünyada örnək ölkədir. Hər kəs bundan örnək götürməlidir, nəinki ittiham etmək”.

Gununsesi.info