Azərbaycan indiyədək 80-ə yaxın ölkəyə yardım göstərib

  • By admin
  • 29 Dekabr 2021 12:35

İl ərzində Azərbaycan Respublikası, həmçinin beynəlxalq səviyyədə humanitar yardım və inkişafa dəstək fəaliyyətini davam etdirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin 2021-ci ilin yekunlarına dair mətbuat buraxılışında deyilir.

Bununla bağlı, qeyd edilməlidir ki, yalnız Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi – AİDA-nın (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərkibində fəaliyyət göstərilir) əlaqələndirməsi ilə 2021-ci ildə İndoneziya, Xorvatiya, Sent Vinsent və Qrenadinə humanitar yardım, eləcə də Türk Dövlətləri Təşkilatı xətti ilə isə Burkina Fasoya COVID-19 əleyhinə peyvənd göndərilmişdir. Ümumilikdə isə ölkəmiz indiyədək dünyanın 80-a yaxın ölkəsinə və üç beynəlxalq təşkilata yardım göstərmişdir. Bundan əlavə, AİDA-nın qoşulduğu İslam İnkişaf Bankının Afrika ölkələrində “Qarşısı alınabilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” (AFAB) layihəsi çərçivəsində 2021-ci ildə Qvineya, Kotdevuar və Nigerdə humanitar aksiyalar keçirilmişdir.

Eyni zamanda, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərinin vətəndaşları üçün təsis edilmiş qrant proqramları sayəsində 2021-ci ildə 37 ölkədən 40 tələbə Azərbaycan universitetlərində ali təhsil almaq şansı əldə etmişdir. AİDA-nın ADA Universiteti ilə birgə təşkil etdiyi “Əcnəbi diplomatlar üçün xarici siyasət proqramı” çərçivəsində 15 xarici diplomat üçün təlim təşkil olunmuşdur.

Gununsesi.info