“Azərbaycan İrana 500 milyon dollar kredit ayırıb” - CAVİD QURBANOV

  • By admin
  • 15 Noyabr 2017 13:28

“Azərbaycan İrana 500 milyon dollar dəyərində kredit ayırıb”.

Gununsesi.info-nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

C.Qurbanov qeyd edib ki, “Şimal-Cənub” layihəsi çərçivəsində Rəşt-Astara dəmir yolunun tikintisinə 2018-ci ilin birinci yarısında başlanılacaq.

O əlavə edib ki, Azərbaycan tərəfi dəmir yolunun tikintisi çərçivəsində artıq İrana 500 milyon dollar dəyərində kredit ayırıb və hər iki tərəf kredit sazişini imzalayıb.

Gununsesi.info