Azərbaycan İstanbul terrorunu qınadı

  • By admin
  • 07 İyun 2016 14:00

XIN

 

Rəsmi Bakı İstanbul şəhərində törədilmiş qanlı terror aktını qəti şəkildə qınayır. Bu fikirlər xarici işlər nazirliyindən Gununsesi-info-ya daxil olan bəyanatda deyilir.

“Terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik. Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyir. Bu partlayış nəticəsində yaralanan və ya həlak olanlar sırasında Azərbaycan Respublikası vətəndaşının olması ölkəmizin İstanbuldakı Baş konsulluğu tərəfindən Türkiyənin rəsmi dövlət qurumları vasitəsilə araşdırılır”,  – deyə açıqlamada qeyd olunur.