Azərbaycan Mərkəzi Bankı 40 mln. manat vəsait cəlb edib

  • By admin
  • 08 Avqust 2016 14:57

milli bank

 

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı keçirib. AMB-dən Gununsesi.info-ya verilən məlumata görə, hərracda 40 mln. manat cəlb edilib.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ortaölçülmüş faiz dərəcəsi isə 9,22% təşkil edib.

Xatırladaq ki, ötən ayla müqayisədə depozit hərracında faizin yüksəlməsi bu gündən AMB-nin uçot dərəcəsini 2,5% artıraraq 9,5%-ə çatdırması ilə bağlıdır.

 

Gununsesi.info