Azərbaycan mediyası 15 iyul hadisələrini obyektiv işıqlandırdı - AFAD RƏHBƏRİ

  • By admin
  • 13 İyul 2017 18:35
6eb33d143151c3cd24e04330e34b75c0
“Azərbaycanla Türkiyə təbii fəlakətlər, fövqəladə hallar, eyni zamanda qaçqınlar məsləsi sahəsində sıx əməkdaşlıq edir”.
Gununsesi.info xəbər verir ki, bunu  Türkiyə Nazirlər Kabineti yanında Təbii Fəlakət və Fövqəladə Hallar İdarəsinin (AFAD) rəisi Mehmet Halis Bilden  15 iyul hadisələrinin ildönümü ərəfəfəsində iyulun 13-də Ankarada xarici ölkə jurnalistləri ilə  görüşündə deyib.
Onun sözlərinə görə, bu sahələrdə əməkdaşlığımız tənzimləyən hüquqi sənədlər də mövcuddur və buna uyğun olaraq biz əməkdaşlığımız inkişaf ediririk. “Hər iki qardaş ölkə bir-birinə dəstək verir”- deyə, AFAD rəhbəri  vurğulayıb.
15 iyul 2016-cı ildə Türkiyədə baş vern xain dövlət çevrilişi zamanı Azərbaycanın Türk xalqına və dövlətinə verdiyi dəstəkdən söz açaraq bildirib ki, biz çətin anlarımızda  qardaş Azərbaycan dövlətinin və xalqının hərtərəfli dəstəyini gördük:
“Hətta Azərbaycan mediası baş verən xain dövlət çevrilişinə həmən rekasiya verərək baş verənləri pisləməklə Türk xalqının və dövlətinin  mövqeyini dəstəklədi. Baş verən hadisələri obyektiv işıqlandırdı”.
Türkiyənin Suriya qaçqınlarına etdiyi dəstəkə və yardımdan danışan AFAD rəhbəri deyib ki, indiyədək Türkiyə suriyalı qaçqınlara 30 milyard  dollar xərcləyib. “Suriya qaçqınların olan yardım davam etməkdədir. Türkiyə təkcə 2016-2017-ci ildə 6 milyard dollar qaçqınlara  yardım ayırıb. Ötən il Türkiyə qaçqınlara yardım etmək sahəsində dünya ölkələri sırasında ikinci yerdə qərarlaşıb. Birinci yerdə 6,5 milyard dollarla ABŞ olub. Artıq Türkiyə ikinci ildir ki, qaçqınlara  göstərdiyi yardıma görə dünyada ikinci yeri tutur və qaçqınlara  yardımına görə cəsur ölkə adını alıb”- deyə, AFAD rəhbəri bildirib.
Avropa Birliyinin suriyalı qaçqınlara yardımına gəldikdə isə AFAD rəhbəri deyib ki, AB qaçqınlara 3 milyard dollar  vəsait ayırmaq barədə qərar versə də, indiyədək qəbul etdiyi qərara uyğun addım atmayıb: “AB indiyədək  Türkiyədə məskunlaşan suriyalı qaçqınlara  811 milyon dollar   həcmində yardım edib”.
AFAD-ın dünya səviyyəsində gördüyü işlərdən danışan M.Bilden deyib ki, təşkilat indiyədək dünyanın 56 ölkəsinə yardım edib və ya orada ba.verən fəlakətlərin aradan qaldırılmasında iştirak edib.
Mürtəza Bünyadlı
Gununsesi.info