Azərbaycan neft istehsalını 9 faizdən çox azaldıb

  • By admin
  • 15 Sentyabr 2017 17:06

neft quyusu

2017-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanın mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 17,3 mlrd. manat olmaqla əvvəlki ilin analoji dövrünə nisbətən 7% azalıb.

Dövlət Statistika Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, sahənin əsas məhsulu olan xam neftin hasilatı 25,5 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 12,1 mlrd. kubmetr təşkil edib. Neft hasilatı 9,3%, əmtəəlik qaz hasilatı isə 4,1% azalıb.

Gununsesi.info