Azərbaycan nefti 56 dollardan aşağı düşdü

  • Müəllif: admin
  • 12 Aprel 2017 09:32

neft

Azərbaycan nefti ucuzlaşıb.
Gununsesi.info xəbər verir ki, “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 0,23  dollar və ya 0,41% azalaraq 55,93 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.