Azərbaycan nefti bahalaşdı

  • By admin
  • 11 Yanvar 2020 15:06

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,23 dollar, yaxud 0,33% artıb.

Gununsesi.org xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 68,53 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

 

Gununsesi.org