Azərbaycan nefti durmadan bahalaşır – QİYMƏT

  • By admin
  • 08 Noyabr 2017 09:55

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 0,03 dollar və yaxud 0,05% artıb.

Gununsesi.info xəbər verir ki, “Azeri LT CIF” markalı neftin qiyməti 66,23 dollar/barelə bərabər olub.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Gununsesi.info