Azərbaycan nefti yenə ucuzlaşdı

  • Müəllif: admin
  • 14 Mart 2017 09:00

neft

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 0,43 dollar və yaxud 0,81% azalıb.

Gununsesi.info xəbər verir ki, “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 52,55 dollara bərabər olub.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Gununsesi.info