Azərbaycan neftinin qiyməti 78 dolları ötdü

  • By admin
  • 24 Sentyabr 2021 10:45

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,57 ABŞ dolları, yaxud 2,04 % artıb.

Gununsesi.info xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 78,50 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Gununsesi.info