Azərbaycan neftinin qiyməti aşağı düşüb

  • By admin
  • 27 İyul 2016 09:00

Neft

 

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,25 dollar və yaxud 0,54% ucuzlaşıb.

Gununsesi.info xəbər verir ki, “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 45,95 dollara bərabər olub.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.