Azərbaycan nümayəndə heyəti Çinə gedəcək

  • Müəllif: admin
  • 12 May 2017 14:35

bir kemer bir yol

Mayın 14-də Çinin paytaxtı Pekin şəhərində “Bir kəmər – bir yol” təşəbbüsü çərçivəsində Yüksək Səviyyəli Forum keçiriləcək.

Gununsesi.info-ya İqtisadiyyat Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə 28 ölkədən dövlət və hökumət başçılarının, 110 ölkədən dövlət və özəl sektor nümayəndələrinin, sərmayədarların, 60-dan çox beynəlxalq təşkilatın nümayəndəsinin iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, forumda Azərbaycanı İqtisadiyyat naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

Anar

Gununsesi.info