Azərbaycan orta aylıq əməkhaqqına görə Ermənistan və Gürcüstandan geri qalır

  • By admin
  • 19 Avqust 2016 18:09

emekhaqqi1

Postsovet məkanında çörəyə, südə, mənzil-kommunal və nəqliyyat xidmətlərinı, benzinə nə qədər xərcləyir?

“Ria-Novosti” keçmiş SSSRİ ölkələrində pensiya və orta aylıq əmək haqları ilə bağlı maraqlı araşdırma aparıb. Araşdırma 2016-ci ildə pensiya və əmək haqlarına düşən 7 məhsulüzərində aparılıb . Gununsesi.info həmin araşdırmada yer alan bəzi məqamları oxuculara çatdırmaq istərdik.

Beləliklə,  2016-ci il üzrə (Azərbaycan Mərkəzi Bankın kursu ilə) postsovet məkanında aşağıdakı kimidir.

Orta aylıq əmək haqqı                  orta aylıq pensiya

 

Rusiya        580 dollar190 dollar

Ukrayna    200 dollar                                70 dollar

Özbəkistan 270 dolar                                 85 dollar

Qazaxıstan  395 dollar                               115 dollar

Gürcüstan408 dollar                               70 dollar

AZƏRBAYCAN  302 dollar                              120 dollar

Litva      563 avro265 avro

Moldova  250 dollar                            60 dollar

Latviya   820 avro                         310 avro

Qırğızıstan  200 dollar                               66 dollar

Tacikistan 120 dollar                               30 dollar

Ermənistan390 dollar                               85 dollar

Türkmənistan  330 dollar                            37 dollar

Estoniya            815 avro                              350 avro

Burda göstərilən orta aylıq pensiya və əməkhaqqı ilə insanlar nə qədər çörək, süd, mənzil-kommunal və nəqliyyat xidmətləri, habelə benzindən istifadə edə bilər? Bir sözlə, bu təbəqənin pulunu necə bölüşdürmək lazım olduğunun kiçik təhlilini aparıb. Biz oxuculara 5 məhsul üzrə xərcləri təqdim edirik.

 

cedvel4

cedvel3

Aparılan təhlildən görünür ki, keçmiş sovet dövlətləri arasında həyat səviyyəsi ən yüksək olan ölkələr Baltikyanı dövlətlərdir-Estoniya, Latviya və Litva.

Azərbaycana gəlincə, göstəriciləri sözügedən ölkələrin əksəriyyətindən yaxşı olsa da, burada bir məsələ var. Təhlil orta aylıq pensiya və orta aylıq əməkhaqqı üzərində qurulub. Azərbaycanda 1.3 milyon pensiya alanların 520 mini və ya 40 faizi əlilliyə və ailə başçısının itirilməsinə görə tədaüd alır. Burada isə orta aylıq pensiya heç 100 dollara çatmır. Eyni vəziyyəti orta aylıq əməkhaqqına da sğyləmək olar. Manatın devalvasiyasından sonra dollar nisbətində əhalinin məvacibi iki dəfə aşağı düşüb. Nəticədə minimum əməkhaqqı alanların maaşları 70 dollara qədər düşüb.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info