Azərbaycan Premyer Liqası: “Qarabağ” ardıcıl 11-ci qələbəsini qazandı

  • By admin
  • 30 Oktyabr 2022 17:32

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.

Gununsesi.info-nun  məlumatına görə, günün ilk matçında “Şamaxı” “Qarabağ”ı qəbul edib. Şamaxı şəhər stadionundakı görüş qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 51 və 90+3-cü dəqiqələrdə Musa Qurbanlı, 56-cı dəqiqədə Elvin Cəfərquliyev və 90+5-ci dəqiqədə Cəlal Hüseynov (avtoqol) vurub.

Ardıcıl 11-ci qələbəsini qazanan Ağdam klubu 33 xalla liderliyini davam etdirir. 4 xalı olan “Şamaxı” isə 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, XII turun digər matçlarında “Turan Tovuz” “Sumqayıt”ı 1:0, “Kəpəz” “Səbail”i, “Neftçi” isə “Zirə”ni 3 cavabsız qolla üstələyib. Tura bu gün keçiriləcək “Sabah” – “Qəbələ” oyunu ilə yekun vurulacaq.

Gununsesi.info